Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Rusiyanın Avropa ilə münasibətlərində...” - MÜSAHİBƏ

Azərbaycanın bütün Avropanı qazla təmin etmək imkanı yoxdur

Ukraynanın Donetsk, Xarkov, Luqansk şəhərlərində federal idarə üsulunun tərəfdarlarının nümayişləri baş tutdu, bir gün sonra isə Kiyevdən ayrı Xarkov və Donetsk respublikalarının yaradılması elan edildi.
Bu fakt bütün Ukraynanın parçalanmasının əsasınımı qoyacaq? Qərb hələ də mövqesiz açıqlamalar verir. Bir sözlə, yeni bir SSRİ-i yaradılması təhlükəsi ilə qarşı-qarşıyayıqmı?

Suallarımızı millət vəkili Asim Mollazadə cavablandırıb.



- Hazırda Ukraynada baş verənlər nəyin göstəricisidir? Bu hadisələrin yekunu necə olacaq?

-Ukrayna özünün inkşaf yolunu tapa bilməyib. Ayrı-ayrı regionların mərkəzə tabe olmaq məsələsində problemlər var. Qərbi və Şərqi Ukrayna arasında strateji inkşaf duyumu ilə bağlı ciddi fikir ayrılıqları mövcüddur. Donetskidə respublika elan olunması xəbərinin özündə xeyli qeyri-müəyyənlik var. Yəni, bu gün Ukrayna cəmiyyəti və Ukrayna hakimiyyəti çıxış yolu tapmalıdır.

- Bu faktlar Ukrayna hakimiyyətinin zəifliyinin bir göstəricisidirmi?

- Hesab edirəm ki, ilk növbədə problem Ukraynanın içində öz həllini tapmalıdır. Hər halda yəqin ki, faktiki hakimiyyət bununla məşğul olur. Ukrayna yeni müstəqil dövlət kimi özünün ərazi bütövlüyü və regionlarda prespektivi ilə bağlı çox ciddi problemlər yaşayır. Yəni bu gün dünyanın diqqəti Ukraynaya yönəlib. Yenə də Ukraynada dövlətin bütövlüyü ilə bağlı bir yol tapılacağına ümid etmək olar.

- ABŞ və Qərbin Rusiyadan çəkinərək yürütdüyü siyasətin sonu necə olacaq? Bəzi sanksiyalar tətbiq etməklə nəsə əldə etməyin mümkünsüz olduğunu son hadisələr sübüt etmirmi?

- Daha dəqiq deyək ki, Rusiya və Avropa münasibətləri həmişə olub.Özü də ortaq və üst-üstə düşən maraqlarda. Bu məsələdə də Rusiyanın Avropa ilə münasibətlərində potensial hələ tükənməyib.

- Bu, Rusiyanın Avropanı qazla təmin etməyindən irəli gəlir? Necə düünürsünüz, Rusiya Avropanı nə vaxta kimi qazla təmin edəcək?

- Ümumiyyətlə, bu sistem SSRİ dağıldıqdan sonra mövcüd olan məsələ deyil. Yəni, keçmiş SSRİ döövründə də Avropa SSRİ-dən təbii qaz alırdı. Məncə Avropa 90 fazilik qaz hesabını hazırda Rusiyadan alır. Yəni, bu qazla təchizat məsləsi nə bir gündə həll edilə bilər, nə də ki, bir ildə. Eyni zamanda Avropa bazarına yeni qaz xəttinin çəkilişi, yaxud da mövcüd resurslarının yenidən qurulması vəsait tələb edir. Avropa dövlətlərinin müxtəlif mövqeləri var. Hər halda bu gün o problem üzərində fəal işlənir. Hansı variant üzərində dayanacaqlar, hansı yönümdə onu həll etməyə çalışacaqlar bunu demək çətindir.

- Elə bu və ya digər məsələlər ilə bağlı Con Kerri Azərbaycana və Cənubi Qafqaza səfər edəcək. Sizcə Rusiya Avropanın onun aslılığından azad edilməsinə imkan yaradacaqmı?

- ABŞ dövlət katibinin Azərbaycan səfərini ancaq Avropanı qazla təchiazat məsləsi ilə bağlamaq düzgün olmaz.Azərbaycan özünün siyasi, iqtisadi və hərbi gücünə görə artıq dünyanın öndə gedən dövlətləri sırasındadır. Biz bu gün dünyada iqtisadi göstəricilərə görə 37-ci yerdəyik. Azərbaycanın 70 olkədə səfirliyi var. BMT Təhlükəsizlik Şurasının üzvüyük. Yəni bu gün Azərbaycanla sıx münasibətlərin qurulmasında bir çox aparıcı ölkələr maraqlıdır, xüsusən də ABŞ. Con Kerrinin Azərbaycana səfərində bir çox dünya probləmlərinin də həlli gözlənilir. Azərbaycanın bütün Avropanı qazla təmin etmək imkanı yoxdur. Bu gün mövcüd olan resurslar Avropanın problemlərinin həllində Azərbaycanın rolunu artırır. O baxımdan Azərbaycanın bir sıra məsələlərdə mövqeyi ABŞ üçün maraqlıdır.

Aynur Bayramova






8 Aprel, 2014  11:18 Baxılıb: 2158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner