Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qulluqçu qadın” səhnədə - FOTOLAR

Opera və Balet Teatrında yeni premyera sevinci yaşanıb. Covanni Battista Perqolezinin “Qulluqçu-Xanım” opera-buffası janrın tələb etdiyi şən, oynaq, sadə quruluşda opera sevərlərə təqdim olunub. Tamaşaçılar arasında tanınmış incəsənət xadimləri, ziyalılar, tələbələr, İtaliya səfirliyinin nümayəndələri, digər əcnəbilər var idi.
Operanın qəhrəmanı qulluqçu Serpina öz hiyləgərliyi və məlahəti ilə yöndəmsiz ağası Ubertonun qəlbini ələ bilir və xanıma çevrilir.
Ümumiyyətlə, italyan komik əsərlərinin bizim aktyorların və ifaçıların təqdimatında üzvilikdən məhrum olmadığına aid çox misallar çəkmək olar. “Qulluqçu-Xanım” operası da bu sıraya daxil oldu desək, yanılmarıq. Tamaşa əvvəldən sona kimi tamaşaçıların alqışları ilə müşaiyət olunub.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayevdi. Serpina partiyasını İnarə Babayeva, Doktor Uberto partiyasını Anton Ferştandt, Vespone partiyasını Fərid İbrahimov ifa edirdilər.
Qeyd edək ki, Covanni Battista Perqolezi (1710-1736) “Qulluqçu-Xanım” ikihissəli opera-buffasını Cennario Federikonun librettosu əsasında yazıb. İtalyan bəstəkarı, viola və orqan ifaçısı C.B.Perqolezi Neopolitan opera məktəbinin nümayəndəsi olaraq opera-buffa janrının ən erkən və vacib yaradıcılarındandı. Eksperimentləri sevən bəstəkar olduğu üçün onun ən uğurlu əsəri olan “Qulluqçu-Xanım” operası ilk dəfə 1733-cü il avqustun 28-də Neapolun San-Bartolomeo teatrında tamaşaya qoyulub. Operanın Paris premyerası ilə musiqi ictimaiyyəti iki yerə - mühafizəkarlara və yenilikçilərə parçalanmışdı. Bu operanın 1752-ci ildə Parisdə tamaşaya qoyulması Maarifçilik hərəkatının tanınmış nümayəndələrinin iştirakilə pamfletlər müharibəsinə şərait yaratdı ki, bu da öz növbəsində yeni janr olan fransız komik operasını ərsəyə gətirdi.
Dünyəvi musiqi ilə yanaşı, Perqolezi dini musiqi də bəstələyib. Bəstəkar 26 yaşında vərəmdən vəfat edib.
Perqolezinin obrazı R.Silverberqin “Canni” fantastik hekayəsinin qəhrəmanı kimi təqdim edilir.
Opera-buffa (italyancadan tərcümədə məzəli opera deməkdir) XVIII əsrdə intermediyalar və xalq-məişət mahnı ənənələrinin əsasında yaranıb. Bu janrın səciyyəvi cəhətlərinə kiçik həcm, 2-3 iştirakçı, şən buffonada, süjetin hərəkətliliyi, parodiya, parlaq, canlı, melodika, üslubun aydınlığı aiddir. Opera-buffalar məişətdən qidalanan süjetlərə əsaslanaraq əksər hallarda satirik çalara malik olur.

Günel






8 Aprel, 2014  10:13 Baxılıb: 1897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner