Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Millət vəkili: “ABŞ prinsipsizliyinin girovuna çevrilib”

Donetskin yerli bölgə şurası müstəqillik bəyannaməsini qəbul edib. Belə ki, sənəd 120 deputat tərəfindən təstiqlənib. Məsələ ilə əlaqədar millət vəkili Fazil Mustafanın mövqeyini öyrəndik


Fazil bəy Simsar.az-a açıqlamasında qeyd edib ki, Qərbin qorxaq mövqeyi Rusiyanı daha da cəsarətləndirdi. Çox güman ki, yaxın gələcəkdə bütün regionu müharibə təhlükəsi bürüyə bilər. “ABŞ illərdir öz prinsipsizliyinin girovuna çevrilib. ABŞ Ukraynanı qeyri-bərabər müharibəyə sövq edərək indi seyrçi mövqeyindən Rusiyanı mənasız hədələməklə kifayətlənir. Ukraynaın parçalanması Avropa üçün ciddi təhlükədən xəbər verir”.

Millət vəkili əlavə edib ki, müstəqilliyini elan etmiş vilayətlər bir-bir Rusiyaya müraciət edərək birləşmə tələb edəcəklər. Yaxud da yeni bir Pridnestryanı formasında təsisatlar mövcud olmağa başlayacaq.

Xatırladaq ki, aprelin 6-da Ukraynanın Donetsk, Xarkov, Luqansk şəhərlərində federal idarə üsulunun tərəfdarlarının nümayişləri baş tutub, bir gün sonra isə Kiyevdən ayrı Xarkov və Donetsk respublikalarının yaradılması elan edilib.

Aynur Bayramova






8 Aprel, 2014  09:58 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner