Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Molla Nəsrəddin” sərgidə

Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılıb.
Simsar.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi və “Kirpi” satira-yumor jurnalının birgə təşkilatçılığı ilə keçirilən sərgi 1906-cı il aprelin 7-də nəşrə başlamış “Molla Nəsrəddin” jurnalının 108-ci ildönümünə həsr edilib.
Sərginin açılışında Əməkdar Mədəniyyət İşçisi, “Kirpi” satira-yumor jurnalının baş redaktoru Polad Qasımov, Xalq Artisti İlham Namiq Kamal rəssamın həyat və yaradıcılığından danışmışlar. Adil Elçinin Azərbaycanda karikatura və rəssamlıq sənətinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.
Bildirilmişdir ki, Adil Elçin 1936-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirib və bir müddət Geologiya İnstitutunda çalışıb. O, eyni zamanda, kiçik yaşlarından rəssamlığa maraq göstərərək böyük istedadı, bacarığı sayəsində milli təsviri incəsənətdə özünəməxsus yer tuta bilib.
Diqqətə çatdırılıb ki, Adil Elçin çoxsaylı kitab illüstrasiyalarının, təbliği plakat, teatr tamaşalarının bədii tərtibatının müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu, Azərbaycan Dövlət Musiqili Teatrında isə baş rəssam kimi çalışıb.
Adil Elçin 1979-1991-ci illərdə “Kirpi” satira-yumor jurnalının baş rəssamı olub.
Qeyd edilib ki, hazırda rəssam İsraildə “Pardon” yumor jurnalını nəşr etdirir.
Sərgidə rəssamın müxtəlif illərdə çəkilən 50-dən çox əsəri nümayiş olunur.

Günel






8 Aprel, 2014  09:43 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner