Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Böyük sərkərdənin doğum günüdür

Əmir Teymur 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.

Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda düzgün qərarlar qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlması ilə meydana gəlib.

Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksək rütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı).

Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olan İbn Xəldunu çox təəccübləndirmişdi. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı.

Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri, hansıların ki, yaradılmasında şəxsən özünün fəal iştirakı olub, Teymurun bədii zövqünü nümayiş etdirib.

Teymur başlıca olaraq özünün doğma şəhəri Mavərənnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının sol illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər.

 

Əmir Teymur 18 fevral 1405-ci ildə, 69 yaşında vəfat edib.







8 Aprel, 2014  07:22 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner