Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Kerrinin Azərbaycan səfərində məqsəd başqadır” -Politoloq

Con Kerri yaxın vaxtlarda Azərbaycana və Cənubi Qafqaza səfər edəcək. ABŞ Dövlət katibinin bu səfəri Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi həlledici rol oynaya bilər? Mövzu ilə əlaqədar politoloq Qabil Hüseynli ilə danışdıq

Politoloq Simsar.az-a açıqlamasında qeyd edib ki, Con Kerri Azərbaycana təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə səfər etmir. “Düzdür, danışıqlar prosesində Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olacaq. Bu məsələ ilə əlaqədar müəyyən fikir mübadiləsi aparılacaq. Zənnimcə, səfər həm türkmən qazının, həm də Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlıdır”.

Politoloq qeyd edib ki, yaxınlarda Türkmənistan prezidentinin Azərbaycana gəlişi gözlənilir. “Səfər çərçivəsində Xəzər neft kəmərinin çəkilişi müzakirə ediləcək. Müəyyən razılaşmadan sonra əsas tələb trans xəzər qaz kəmərinin düzəlişində əsas Rusiyanın müqavimətini qırmaq və Rusiyanın Türkmənistana və eləcə də Azərbaycana olan təzyiqlərini azaltmaqdır. Bir sözlə məqsəd bu məsələnin maneəsiz həlli üçün şərait yaratmaqdır”.

Qabil Hüseynli bildirib ki, Amerika qrant tərəf kimi bu məsələdə müəyyən öhdəliklər götürməlidir. “Bu Kerrinin Azərbaycana səfərinin ana gündəliyidir. Eyni zamanda Qarabağ məsləsinə də toxunulacaq. Azərbaycan Amerika tərəfinin konkret addımlar atmasını tələb edəcək. Hesab edirəm ki, Azərbaycan tərəfi belə imkanlara malikdir. Krımla bağlı Azərbaycan prinsipial mövqeyini davam etdirdi. Rusiya qazını hətta Türkmənistan qoşularsa tamamilə əvəz edə biləcək bir vasitə olacaq. Con Kerrinin bu səfərində Rusiyanın Cənubi Qafqaza dair təzyiqləri də müzakirə olunacaq”.

Aynur Bayramova






7 Aprel, 2014  18:15 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner