Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəblərarası şahmat festivalı yekunlaşdı

Aprelin 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş məktəblərarası şahmat festivalına yekun vurulub.

Xatırladaq ki, Təhsil Nazirliyinin təşkil etdiyi festivalda paytaxt rayonları da daxil olmaqla, 66 şəhər və rayondan 396 nəfər məktəbli iştirak edib. Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, festivalın qalibləri şahmat üzrə Azərbaycan milli komandasının üzvləri – Qədir Hüseynov, Eltac Səfərli, Rauf Məmmədov və Azər Mirzəyevlə blits oyun keçiriblər.

Mükafatlandırma mərasimində hər kateqoriya üzrə 3 nəfər oğlan və 3 nəfər qız olmaqla, 7-8 yaşlı, 9-10 yaşlı, 11-12 yaşlı və 13-14 yaşlı şahmatçılar arasında ilk 3 yeri tutan qaliblərə Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri təqdim olunub. Komanda hesabında birinci, ikinci və üçüncü yeri tutan Binəqədi, Mingəçevir və Ucar komandaları kuboklarla mükafatlandırılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəbləri arasındakı şahmat festivalının uğur qazanan oyunçuları aşağıdakılardır:


Qaliblərin siyahısı:

8 yaşadək qızlar arasında
I yer - Qasımova Səmra, 5 xal, Füzuli rayonu
II yer - Allahverdiyeva Gülşən, 4,5 xal, İsmayıllı rayonu
III yer - Muradova Zərifə, 4 xal, Zaqatala rayonu

8 yaşadək oğlanlar arasında
I yer - Aslanov Ümid, 6,5 xal, Abşeron rayonu, Xırdalan şəhəri
II yer - Qarayev Məhərrəm, 6 xal, Bakı şəhəri, Binəqədi rayonu
III yer - Süleymanlı Süleyman, 6 xal, Şəki şəhəri

10 yaşadək qızlar arasında
I yer - Allahverdiyeva Ayan, 6,5 xal, Bakı şəhəri, Nəsimi rayonu
II yer - Məmmədzadə Gülsüm, 5,5 xal, Gəncə şəhəri
III yer - İbrahimzadə Əsmər, 5 xal, Astara rayonu

10 yaşadək oğlanlar arasında
I yer - Əhmədzadə Əhməd, 8 xal, Bakı şəhəri, Səbail rayonu
II yer - Babazadə Xəzər, 7,5 xal, Biləsuvar rayonu
III yer - Mütafayev Fərid, 7,5 xal, Bakı şəhəri, Binəqədi rayonu

12 yaşadək qızlar arasında
I yer - Əhmədova Minayə - 6 xal, Mingəçevir şəhəri
II yer - Tağıyeva Zəhra - 6 xal, Bakı şəhəri, Binəqədi rayonu
III yer - Əhmədli Aytac - 6 xal, Zərdab rayonu

12 yaşadək oğlanlar arasında
I yer - Muradlı Məhəmməd, 7,5 xal Bakı şəhəri, Qaradağ rayonu
II yer - Axundov Teymuraz, 7 xal, Bakı şəhəri, Nəsimi rayonu
III yer - Məmmədov Yusif, 7 xal, Ağdam rayonu

14 yaşadək qızlar arasında
I yer - Əhmədova İradə, 6,5 xal, Ucar rayonu
II yer - Tağıyeva Sevinc, 6 xal, Bakı şəhəri, Binəqədi rayonu
III yer - Mirzəzadə Nəzrin, 6 xal, Lənkəran şəhəri

14 yaşadək oğlanlar arasında
I yer - İsgəndərov Şəhriyar, 8 xal, Quba rayonu
II yer - Cəfərli Babək, 7,5 xal, Gəncə şəhəri
III yer - Əliyev Aqşin, 7,5 xal, Bakı şəhəri, Xətai rayonu

Komanda hesabında
I yer - Bakı şəhəri, Binəqədi rayonu komandası
II yer - Mingəçevir şəhəri komandası
III yer - Ucar rayonu komandası

Fərqlənənlər
Xudiyeva Səriyyə - Gəncə şəhəri
Kazımov Azad - Bakı şəhəri, Sabunçu rayonu
Dadaşov Natiq - Bakı şəhəri, Səbail rayonu
Məmmədzadə Rəsul - Bakı şəhəri, Yasamal rayonu
Quliyeva Təhminə - Gəncə şəhəri
Hacıyeva Fidan - Şəmkir rayonu
Abdullayev Süleyman - Samux rayonu
Feyziyev Mirmusa - Bakı şəhəri, Nəsimi rayonu

Aysel Kərimova






7 Aprel, 2014  17:11 Baxılıb: 1906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner