Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Bu əhvalat mənim həyatımın ən böyük səhvidir”

Simsar.az xəbər verir ki, son günlər gənc müğənni Ayanla evlilik xəbərləri yayılan Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Day.az radiosunda bu məsələylə bağlı çok açıqlama verib. Ayan dayanmadan sosial şəbəkələrdə xoşbəxt ailə toblosu təsiri bağışlayan fotolar yayımlasa da Füzuli Musayev bu əhvalatın onun həyatının səhvi olduğunu etiraf edib:

“Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız. Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir.

Bunu etiraf etməkdən qorxurdum... Amma siz hər şeyi elə təqdim etdiniz ki, məni çıxılmaz vəziyyətdə qoydunuz, heç şərh vermək şansı da buraxmadınız... Və mən bu kiçik açıq söhbətdən qorxmuram... Bu həyatımda hansısa anlaşılmaz bir hiss idi... Sadəcə səhv. Bəzi insanlar irəli getmək üçün mənim səhvimdən, mənim adımdan istifadə etdilər. Onları heç kim dayandırmırdı, yalnız irəli gedirdilər. Və onda mən anladım ki, bu mənim həyatımda görmək istədiyim şey deyil. Düşünürəm ki, bu əhvalat tez unudulacaq. Axı əldə etdiklərim asan olmayıb. İstəmirəm ki, bir səhvim uzun illər çəkdiyim zəhmətin üzərindən xətt çəksin”

Günel

 






7 Aprel, 2014  12:13 Baxılıb: 1503 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner