Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Röya kimi” və “Qürbətdəki elçilər” layihələri təqdim olunub

Simsar.az xəbər verir ki, TRT-nin  Bakı Təmsilçiliyinin iki yeni layihəsinin təqdimat mərasimi keçirilib. "Röya kimi" və "Qürbətdəki elçilər" adlı yeni layihələrin təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, ölkənin ictimai-siyasi xadimləri, incəsənət adamları iştirak ediblər. "Röya kimi" layihəsindən danışan TRT-nin Bakı Təmsilçiliyinin rəhbəri Əmrah Timuçin Yazıçı bildirib ki, aylardır hazırlanan layihə qısa zaman ərzində ailələrin marağına səbəb olub.

"Bu proqramda məqsədimiz bir azərbaycanlının evinə gedib, otaqlardan birinin dizaynını dəyişdirməkdir. Dolayısı ilə Azərbaycan Türkiyə bağlılığına bir körpü olmaq istədik. Heç bir maddi təminat ummadan sadəcə 3 gün içərisində Azərbaycanlı qardaşımızın, bacımızın evini dəyişdirəcəyik".

40 dəqiqə davam edəcək "Röya kimi" proqramında Azərbaycan ailələrindən birinin mənzilinin bir otağı fərqli dizaynda dəyişdiriləcək. Təmir ev sahibinin fiziki köməyi ilə 3 gün ərzində təhvil veriləcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun yeni layihələrlə bağlı təşkilatçıları təbrik edib. Tədbirdə TRT-nin fəaliyyəti  ilə bağlı film nümayiş olunub.

Günel

 






7 Aprel, 2014  10:58 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner