Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nizami Gəncəviyə həsr olunmuş sərgi açılacaq – “XƏMSƏ”

Aprelin 15-də Muzey Mərkəzinin sərgi salonunda rəssam Məhər Məhərrəmovun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “Xəmsə” adlı fərdi sərgisi açılacaq

Rəssam Simsar.az-a bildirib ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Gəncə Dövlət Rəsm Qalereyasının və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə reallaşdırılacaq.

Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarına vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40 ədəd əsəri sərgilənəcək.

Sərginin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gözəllik, ədalət, igidlik, insanlıq, xoşbəxtlik uğrunda ölməz mübarizə ideyalarını rəsm əsərlərində cəmiyyətə təqdim etməkdir.

Sərgi 2 gün davam edəcək.

Günel







7 Aprel, 2014  10:13 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner