Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ağstafa yolunda baş verən qəza can aldı

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poylu kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Ağdam rayon sakini, 29 yaşlı Anar Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilsürücünün avtomobilə nəzarəti itirməsi nəticəsində körpüdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin, Ağstafa rayon Poylu kənd sakini30 yaşlı Vüsalə Quliyeva və Qaçaq Kərəm kənd sakini 22 yaşlı Vasif Əliyev hadisəyerində ölüb.

Sürücü Anar Məmmədov və digər sərnişin, Ağstafa şəhər sakini, 24 yaşlı Vüsal Şuşanov ağır bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasınaçatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

 






7 Aprel, 2014  09:51 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner