Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Sizi deyib gəlmişəm...” – MÜASİR VERSİYADA

1906-cə ilin 7 aprelində “Sizi deyib gəlmişəm” deyən Molla Nəsrəddin fikirləşdi ki, neçə illər ötüb, gedib məmləkəti seyr edim, görüm nə var, nə yox. Odur ki, söz xurcununu çiyninə atıb üz tutdu şəhərə. Kiminlə rastlaşdısa, “Sizi deyib gəlmişəm”in cavabında qəribə sözlər eşitdi:

Məmur:

- A kişi, mənim nəyimi deyib gəlmisən, görmürsən başım qarışıqdı? Mənim sənə qulaq asmağa vaxtım nə gəzir!  Qorxu canımı elə alıb ki...indi əvvəlki vaxt deyil... Rüşvət aldın vay, almasan da olmur. Dərd məni alıb, az qalır bağrım çatlasın.

Deputat:

-Sən nə istəyirsən, bu qədər deyənim az idi ki, sən də bu yandan mənə moizə oxuyursan? Səhv eləyib deputat olmamışam ki. Özü də,  bilmirəm bu camaat mənə niyə belə minnət vurur e... Balam, əziyyət çəkmişəm, əlləşmişəm, deputat olmuşam. Böyük iş olmayıb ki... Gəlib bir kağıza qol çəkmisiz deyə, indi mən səhərdən axşama sizə qulaq asmalıyam, ya da siz deyəni deməliyəm?

Ziyalı:

-Nahaq, qardaş. Bizim nəyimizi deyib gəlmisən, görmürsən nə gündəyik?. Vallah, əlimiz aşağıdı. Əgər bir balaca rahat dolana bilsəydik, sənə də əl tutardıq.  İndi sözə pul verən  yoxdu... Gərək alan olsun ki, sənin gətirdiklərini də yığmağa yer olsun. 5-10 il keçsin, gələrsən. Baxarıq da, görək neyliyə bilirik.

Qaçqın:

- Gəl, qardaş, gəl. Yaxşı gəlmisən elə. Bizi deyib gələn bir Allah bəndəsini çoxdan  axtarırdıq. Amma yüz ildi sən deyirsən, eşidirik, indi də sən bizə qulaq as, dərdimizi deyək: - Qardaş, bax, nəyimiz vardı, satıb yemişik. Neçə illərdi bir tikə çörəkdən ötrü düşmüşük çöllərə. Yataqxananın bir otağında neçə adam illərlə bir yerdə yaşayar? Narahat yaşayışdan canımız çürüyüb,  söz götürməkdən içimiz.  Bu Qarabağ söhbətini də saqqız kimi o qədər ora-bura dartdılar ki, axırda o da bizim kimi çürüdü. Özümüz burda, torpağımız da orda çürüyür.

Polis:

- A kişi, götür sözünü də, çıx get. Bilmirsən burda alver eləmək olmaz?

- Qardaş, o boyda yolu sizi deyib gəlmişəm. Yüküm də ağırdı, qaytarıb apara bilmərəm. Bəlkə onu sizə pay verim, lazımınız olar.

- Nə,  söz? Əşi mənim bu boyda dəyənəyim var. Rəhmətliyin oğlu, bu olan yerdə sözü neyləyirəm?!

İsmət Ələkbərqızı







7 Aprel, 2014  09:39 Baxılıb: 978 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner