Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukraynada yeni etiraz dalğası

Xarkovda etirazçılar yerli dövlət administrasiyası binasını ələ keçiriblər. Binanın ikinci mərtəbəsinin pənəcərəsində onlar Rusiya Federasiyasının bayrağını asaraq bölgədə referendumun keçirilməsin tələb ediblər. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, federallaşma tərəfdarları aprelin 6-da Donetsk, Xarkov və Luqansk şəhərlərində etiraz aksiyaları keçiriblər. Hər üç şəhərdə yerli administrasiya binaları ələ keçirilib. Donetskdə prokuratura baş vermiş hadisə ilə bağlı kütləvi iğtişaşlar maddəsi altında iş başladıb. Xarkovda isə xuliqanlıq maddəsi ilə iş açılıb. Buna səbəb ərazidə etirazçılar və avromaydan iştirakçıları arasında baş verən kütləvi dava olub.

Qeyd edək ki, martdan bəri Ukraynanın şərqində etiraz aksiyaları keçirilir. Etirazçılar yeni hakimiyyəti qəbul etmirlər və yaşadıqları bölgənin federallaşmasını tələb edirlər.

Mələk Abbaszadə

 






7 Aprel, 2014  09:32 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner