Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ayı Şamaxı sakinini meşədə parçaladı - FOTO

Şamaxıda ayı kəndə hücum çəkərək bir nəfəri parçalayıb. Simsar.az ANS PRESS-ə istinadən xəbər verir ki, sözügedən hadisə Talışnuru kəndində qeydə alınıb. Kəndə qonaq gələn Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Hüseynov Sədi Talışnuru kənd ərazisində ayının hücümuna məruz qalıb.

Sədi Hüseynovun sözlərinə görə, yaxınlıqdakı meşədən ayı onun qarşısına qəflətən çıxıb və üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb. O ayıya müqavimət göstərsədə, vəhşi heyvan Sədi Hüseynovun boyun nahiyyəsini parçalayıb və bədəninin müxtəlif yerlərinə caynaqları ilə xəsarət yetirib. Çətinliklə də olsa da o, ayının əlindən xilas ola bilib. Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi xəstəxanasına çatdırıblar.

Xəstəxananın həkimi cərrah Ağasoltan Nuruyevin sözlərinə görə, xəstə aprel ayının 6-sı gecə saat 00:01 radələrində xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Xəstə həddindən çox qan itirdiyindən xəstəxanaya daxil olarkən huşsuz vəziyyətdə olub. Zərərçəkənin sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evlərinə qayıdırmış. Sözügedən ərazi isə sıx meşəlik olub.

Məlumat üçün onuda bildirə ki, keçən ilin may ayında Şamaxının Qaladərəsi və Keçmədin kəndinə də ayı hücum çəkərək iki nəfəri yaralayıb.

Şamaxı rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Məmmədovdan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət almış 1979-cu il təvəllüdlü Hüseynov Sədi həqiqətəndə ayı hücümuna məruz qalıb. Hadisədən dərhal sonra Hüseynov Sədi Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlk tibbi yardım göstərilib və dərhal cərrahiyyə şöbəsinə yerləşdirilib.

N.Məmmədov bir məqama da aydınlıq gətirdi. Onun dediyinə görə, sözügedən kəndlərin sakinləri ovçuluqla məşğul olmurlar və kənddə heç kimdə tüfəng yoxdur: Ayı isə Sədi Hüseynova Nağaraxana kəndindən Talışnuru kəndinə gedərkən yol üzərindəki çaydan keçərkən hücüm çəkib.

Ümumiyyətlə, hadisənin baş verdiyi kənd kiçik kənddir. Hadisənin şahidlərinin dediyinə görə, ayı orta ölçülərdə olub. Bunu şöbə müdiri də təsdiqləyir. Onun dediyinə görə, Şamaxının dağ kəndlərində ayılar adətən arı pətəklərindən bal yemək üçün evlərin həyətlərinə daxil olurlar. Heyvanın insanlara hücum çəkməsi isə nadir hallarda baş verir.






6 Aprel, 2014  18:25 Baxılıb: 907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner