Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

9 aylıq körpə məhkəməyə verildi

Pakistanda 9aylıq oğlan uşağı cinayətə təşəbbüs göstərməsində ittham olunaraq hakim qarşısına çıxarıldı.
Pəncab əyalətinin paytaxtı Lahorda Məhəmməd Musa adlı körpə evlərinin qazını kəsməyə gələn məsul şəxslərə atası və digər qohumları ilə birlikdə daş atdığı üçün cinayətə təşəbbüsdə ittiham olunaraq tutulub. İlk məhkəməyə atasının qucağında əlində süd dolu əmziklə qatılan balaca Məhəmmədin tutulması üçün əmr verən polis məmuru uzaqlşadırma cəzası alarkən uşağın 12 apreldə baş tutacaq məhkəməyə də çıxmaq məcburiyyətində qalacağı açıqlanıb. Uşağın babası Məhəmməd Yasin məhkəmədə: “Hər kəs bu ölkənin necə bir ədalət sistemi var? Bu yaşda uşaq necə cinayət işləmiş ola bilər” deyə etirazını bildirib. Pakistan qəzetlərində açıqlama verən Yasin bildirib ki: “Polis və qaz şirkətindən bizə əvvəlcədən heç bir bildiriş göndərmədən gəlib evlərimizin qazını kəsməyə başladılar. Biz də etiraz etdik yolları bağladıq. Ancaq polis məmurları gəlib bu haqsızlığın aradan qaldırılacağına söz verdiyi zaman aksiyamızı dayandırdıq. Sonra bir də gördük ki, bütün ailəmizə qarşı belə bir ittiham irəli sürülüb”. Xatırladaq ki, Pakistanda cəzai-əhliyyət yaşı keçən il terror xaricindəki bütün cinayətlər üçün 7 yaşdan 12 yaşa qaldırılıb.

Günel






5 Aprel, 2014  15:42 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner