Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ağstafada xalq artistinin yubileyi qeyd olunub

Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində tanınmış aktyor, xalq Artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Simsar.az xəbər verir ki, tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq Azərbaycanın teatr və kino sənətinin inkişafında Tariyel Qasımovun böyük əməyinin olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Ağstafada doğulub boya-başa çatmış aktyorun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın xalq Artisti adına layiq görülmüşdür. Tariyel Qasımov bu gün də milli teatr və kinomuzun inkişafına, gənclərimizin aktyorluq sənətinə yiyələnməsinə öz töhfələrini verir.
Tədbirdə mədəniyyətimizin inkişafı sahəsində göstərdiyi xidmətlərinə görə yubilyara Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Sonra Tariyel Qasımovun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Özbəkistanda yaşayıb-yaradan kinorejissor Eldar Məmmədov, şairlərdən Saqif Qaratorpaq, Barat Vüsal, şairə Cığatel İsa qızı, Əməkdar Artist Cəfər Namiq Kamal çıxış edərək yubilyarın ünvanına xoş sözlər söyləmiş, onu 75 illiyi münasibətilə təbrik ediblər.
Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirilib.
Sonda Xalq Artisti Tariyel Qasımov çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Günel






5 Aprel, 2014  12:52 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner