Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Mustafa Sandal: “Yeni nəsil Azərbaycan sənətçilərini tanımıram”

Simsar.az ötən gün Bakıya gələn Türkiyənin məşhur pop ulduzu Mustafa Sandalın müsahibəsini təqdim edir.

- Əvvəlcə şəhərimizə xoş gəlmisiz. Heydər Əliyev Sarayında verəcəyiniz konsert proqramına nələr daxildir?

- Çox təşəkkür edirəm. Yenidən Bakıda olmaq mənim üçün sevindiricidir. Qeyd edim ki, Bakı mənim ilk dəfə ölkə xaricinə çıxıb konsert verdiyim ilk şəhərlərdən biridir. Uzun fasilədən sonra yenidən orkestrimizlə burdayıq. Olduqca enerjili, əylənə biləcəyiniz bir konsert proqramı hazırladıq.
- Repertuarınızda Azərbaycan mahnıları olacaqmı?
- 20 ildən bəridir səhnədəyəm və bu illər ərzində çox gözəl mahnılar yazdım. Hər zaman istəmişəm ki, ürəyimdən gələrək yazdığım mahnıları insanlarla paylaşım. Səhnəyə çıxmazdan əvvəl repertuar üzərində çox düşünürəm və o repertuarı bir-birinin ardınca insanlara çatdırmağın dərdindəyəm. İki daşın arasında mahnı əzbərləmək mənə görə deyil. Hər zaman öz repertuarımdan oxuyumağa diqqət göstərirəm. Konsertdə Azərbaycan mahnıları olacaq desəm yalan söyləmiş olaram. Zamanımız qalarsa bir-iki mahnı hazırlayıb təqdim etməyə çalışacam.
- Konsert mövzusunda bəzi sənətçilərin müəyyən kaprizləri olur. Sizin necə kaprizləriniz varmı?
- Kaprizlərim yoxdur. Olmamasına da çox diqqət edirəm. Mən hər zaman konsertin yaxşı keçməsi üçün çalışıram. Biz çox insani bir iş görürük. Günün sonunda səhnədə insalara duyğularımızı ötürürük. Bu səmimiyyəti göstərərkən digər tərəfdən də çox səmimyyətsiz istəklərin olması normal deyil. Satandart, klassik konsert şərtlərimiz var. Sanıldığı kimi qəribə istəklərimiz yoxdur.
- Azərbaycana gələn məşhurların xüsusi qoruma sistemi olur. Sizin necə qorumalarınız varmı?
- Allaha şükürlər olsun ki, mən özümü qoruya biləcək bir vəziyyətlə qarşılaşmadım. Təbii ki konsert zamanı qorumalar olacaq, olması da lazımdır. Bu işin standartlarından biridir, amma bunun ifratına varmaq lazım deyil.
- Bakıya tək gəlmisiniz, yoxsa Əminə xanım da gəldi?
- Tək gəlmişəm. Bilirsiniz, iki oğlan övladımız var. İnşallah, konsertdən sonra şəhərə çıxacam yəqin ki, onlara burdan alıb aparacaq bir şeylər tapacam. Əminə xanım çox istəyirdi ki, Bakıya gəlsin. Bilirsiniz ki, bu il Serbiyada “X faktor” yarışmasında münsiflər heyəti oldu. Proqramın finalını etdilər. Çox gərgin iş qrafiki vardı. 3-4 gün boş zamanı var və gəlsinmi - gəlməsənmi deyə oturub söhbət etdik. Amma uşaqları nəzərə alıb birimizin evdə qalmasının doğru olduğuna qərar verdik. Biz bir şeyə hər zaman çox diqqət edirik. Əgər mən evdən kənardayamsa o uşaqlarla qalır, o konsertə getdiyi zaman mən qalıram. İkimiz eyni anda, eyni ortamlarda olmamağa diqqət göstəririk.
- 3 il sənət aləmində görünmədiniz. Sizin musiqiyə ara verdiyiniz xəbəri yayıldı. Bu 3 il müddətində nələrlə məşğul oldunuz?
- Mən musiqiyə heç vaxt ara vermədim. Sadəcə, bir ara NyuYorkda sevimli sənətçimiz Mahsum Kırımızıgülün çəkdiyi “Nyu Yorkda beş minarə” filmində rol aldım. Təxminən 1 il yarımlıq bir layihə idi. Sizə musiqiyə ara verdiyim kimi görünən müddətdə Avropada musiqi sahəsində bir sıra işlər gördüm. Hollandiya, Avstraliya, İsveçrə kimi Avropa ölkələrində çox ciddi işbirliklərimiz oldu. “İsyankar” mahnısı ilə bir nömrə olduq, “Qızıl val” aldıq. Türkiyədən baxanda musiqiyə ara vermiş kimi görünsəm də, işimə o tərəfdə davam edirdim.
- Serial, film təklifləri alırsınızmı?
- Çox təkliflər alıram. Xüsusilə də “Nyu Yorkda beş minarə” filmindəki performansımdan sonra mənə çox təkliflər gəlir. Sadəcə, bunu bildirim ki, mən həyatımda heç vaxt “haydı bu işə başlayaq” deyərək iş görmədim. Görəcəyim işi əvvəlcə hiss etməliyəm, özümü o işə kökləməlyəm. Ona görə də qəlbimə toxunacaq bir layihə olarsa qəbul edəcəm.
- “Nyu Yorkda beş minarə” filminə çəkilməyə necə qərar verdiniz?
- Bu film bizim Mahsum Qırımızgül ilə on iki illik xəyalımız idi. On iki il o filmin xəyalını qurduq biz. Filmin ssenarisi təxminən altı- yeddi dəfə dəyişdirildi. Komediya filmi oldu, sonra yenidən ciddi bir film oldu. Bu filmin çox ciddi bir keçmişi var.
- Sizi hər zaman eyni formada görürük. Heç yaşlanmırsınız. Xüsusi bir formulunuz varmı?
- Çox təşəkkür edirəm. Mənim xüsusi bir formulum yoxdur. Sadəcə, həftəlik normal idmanla məşğul oluram.Yeməyimə, içməyimə diqqət edirəm. Mənə elə gəlir ki, gənc və baxımlı qalmağın ən gözəl formulu əvvəlcə həyata pozitiv baxa bilmək, insanları sevmək, münasibətlərə dəyər verməkdir. Həyatda hər şeyi ifrat dərəcədə yaşamamağa çalışıram. Yəni bir şeyləri edərkən orta səviyyədə edirəm Çox idman etsən, çox yatsan onun da zərəri var. Düşünürəm ki, həyatda çoxlardan uzaq durub ortalarda gözəl bir yer tapmaq lazımdır.
- “O ses Türkiye” yarışmasından ayrılmağınız surpriz oldumu sizə?
- Yarışmanın formatına uyğun olaraq hər il müsabiqənin münsiflər heyətində dəyişiklik edilməlidir. Əslində, mənim yarışmanın ikinci sezonunda yenidən münsiflər heyətinin üzvü olmağım surpriz oldu. O cür proqramlarda zirvə iki ildir və belə verilişlərdə uzun zaman qalmağı sevmirəm. İkinci sezonda mənim yenidən o verilişdə olmağım planda yox idi.
- Azərbaycan sənətçilərindən kimləri dinəyirsiniz?
- Rəşid Behbudovun, Zeynəb Xanlarovanın mahnılarını dinləməyi çox sevirəm. Amma etiraf edim ki, yeni nəsil Azərbaycan sənətçilərini tanımıram. Fəaliyyətləri barədə heç bir məlumatım yoxdur.
- Əminə xanımla yenidən duet oxumaq planınız varmı?
- Əminə Sandalla tez-tez eyni layihələrdə yan-yana olmamağa diqqət göstəririk. Bir layihədə iştirak edəcəyiksə də o layihə bizə həqiqətən də çox yaraşmalıdır. Bizə ər-arvad kimi yaraşan bir layihə olarsa niyə olmasın?
-Albomun adı niyə “Təsir altında” oldu. Təsir altına tez-tez düşünürsünüz?
- Çünki əmin idim ki, alboma daxil olan mahnılar dinləyiciləri öz təsiri altına sala biləcək. Özüm də zaman-zaman Əminə xanımın təsiri altına düşürəm(gülür).
-Özünüzü şanslı insan hesab edirsinizmi?
- Bu sənətə başlayarkən mənə ilk dəstək verən insan Ajda Pekkan oldu. Bu işə peşəkar olaraq addım atanda yanımda o insan vardı. Onunla bərabər iki il asistanlığını etdiyim rəhmətlik Onur Tuncun dəstəyini hər zaman hiss etdim. Mən bu sənətə bu insanlarla birlikdə başladım. Buna görə də özümü çox şanslı hiss edirəm.
- Gələcək planlarınızda nələr var?
- Ömrümün yetdiyi yerə qədər mən fəalyyətimə musiqiçi kimi davam edəcəm. Çünki mən hər şeydən əvvəl musiqiçiyəm. Amma aktyorluqla, müsabiqələrdə münsiflər heyətinin üzvü olaraq, hətta animasiya uşaq filmində baş rolu səslnədirərək, reklamlarda oynayaraq da öz markamı genişləndirməkdə maraqlıyam. Ancaq həyat mənə hansı surprizlər gətirəcək onu deyə bilmərəm. Bəlkə yenidən, fərqli bir televiziya proqramında görünə bilərəm.

Günel Musa






5 Aprel, 2014  12:48 Baxılıb: 1334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner