Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sınaq imtahanında 49405 abituriyent iştirak edəcək

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayıb. İlk sınaq imtahanı aprelin 6-da Respublikanın 22 şəhər və rayonunda keçiriləcək”. Simsar.az xəbər verir ki, bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Sumqayıt, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad və Qubada ümumilikdə 62 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49405 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. TQDK sözçüsü bildirib ki, TQDK internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, müxtəlif növ imtahanlarla bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir. Sayt 8 əsas bölmədən ibarətdir. Saytın təkmilləşdirilməsi zamanı tərtibatın sadə olmasına, linklərin forma və məzmun baxımından əhatəliliyinə xüsusi diqqət yetirilib: “TQDK-nın fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri yeniliklərin, informasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsi, bunun daim prioritet sayılmasıdır.İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) kütləvi xarakter daşıyan qəbul kampaniyası proseslərinə tətbiqi istiqamətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işlər bu il də intensiv şəkildə davam etdirilir və bu sahədə bir çox yeni layihələr həyata keçirilir. Bununla da yüz minlərlə vətəndaşa elektron formada xidmət göstərilir”. Buraya internet vasitəsilə sınaq imtahanlarına qeydiyyat, virtual sınaq imtahanlarının keçirilməsi, "Abituriyent" jurnallarının elektron satışı, yayılması və digər xidmət növləri də əlavə edilsə, demək olar ki, yarım milyondan artıq insan TQDK tərəfindən göstərilən elektron xidmətlərdən yararlanmaqdadır.

Aysel Kərimova







5 Aprel, 2014  12:07 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner