Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gənc Tamaşaçılar Teatrının yolu Həştərxanadır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfərinə yola düşəcək. Simsar.az xəbər verir ki, teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə 25 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində P.Turrininin “Axır ki...”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək.
Aprel ayının 8 – 9 tarixlərində Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprel ayının 11, 12 və 13-də Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcək.
3 teatr direktorları arasında imzalanmış yaradılıcıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfəri aprel ayının 15-də yekunlaşacaq
Qeyd edək ki, “Azərbaycan teatrının inkişaf etdirilməsi haqqında” ölkə başçımızın təsdiq etdiyi “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına, Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti Mədəniyyət Nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlığa dair sazişə əsasən ötən ilin sentyabr-oktyabr aylarında Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan vilayəti və Kalmıkiya Respublikasının Elista şəhərində qastrol səfərində uğurla çıxış etmiş, daha sonra noyabr ayında isə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıda səfərdə olmuş və teatrımızın səhnəsində çıxış edib.
Sözügedən müqaviləyə əsasən 2012-c ilin mart ayında isə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı ölkəmizin qonağı olmuş və 2 müxtəlif tamaşa ilə teatrımızın səhnəsində çıxış edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərdən sonra bu ilin may ayında Kalmık Milli Dram Teatrını qəbul edəcək. Qonaqlar may ayında 4 gün müddətində 2 müxtəlif tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.
Məlumat üçün bildirək ki, qastrol səfərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Günel






5 Aprel, 2014  09:58 Baxılıb: 857 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner