Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şən və Hazırcavablar Klubularının yarışları keçiriləcək

Bakı şəhər şən və hazırcavablar klubları yarışmasının ilkin mərhələsi keçiriləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Simsar.az-a bildirilib ki, yarışların təşkilatçısı Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində yeni yaradılan Bakı Şəhər Şən və Hazırcavablar Klubudur.
Bakı şəhər şən və hazırcavablar klubları yarışmaları dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında gənclərin fəal iştirakının təmin edilməsi və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.
Artıq yarışmalarda kluba üzv olan 10 komandanın iştirak edəcəyi müəyyənləşib. “Ekspromt” (Xəzər rayonu), “Bineyi - qədim” (Binəqədi), “Atəşgah” (Suraxanı), Ağşəhərlilər” (Xətai), “Rahat kainat” (Sabunçu) “Sürpriz” (Nəsimi), “Adrenalin”(Nərimanov), “Qaradağ” (Qaradağ), “Kreativ” (Nizami) və “Yasamal hazırcavabları” (Yasamal) komandaları birincilik uğrunda mübarizə aparacaqlar.
İlk mərhələlər aprelin 7-də və 8-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.

Günel






5 Aprel, 2014  09:50 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner