Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Klassik musiqi ifaçılarının müsabiqəsi keçiriləcək

İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinin qrafiki müəyyən edilib.
Müsabiqə İndoneziya, Küveyt, Misir, Mərakeş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Başqırdıstan (Rusiya) və Azərbaycandan 20 yaşınadək gəncləri əhatə edir.
“Kainat” Gənclik Mərkəzindən Simsar.az-a bildirilib ki, aprelin 7-də Bakı Musiqi Akademiyasında Azərbaycandan festivala qatılacaq iştirakçılar arasında seçim turu keçiriləcək.
Aprelin 24-də Bakı Musiqi Akademiyasında xarici ölkə nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər heyəti qarşısında xüsusi dinləmələr (kiçik yaş qrupu) olacaq.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında növbəti dinləmələr (böyük yaş qrupu) aprelin 25-də olacaqdır.
Aprelin 26-da bir qrup xarici ölkə nümayəndəsinin və təşkilat komitəsi üzvlərinin iştirakı ilə televiziya proqramında çıxışı, həmçinin xarici qonaqların paytaxtımızın görməli yerlərini ekskursiyası təşkil ediləcək.
Axşam isə Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Günel






5 Aprel, 2014  09:35 Baxılıb: 951 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner