Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Şəki məmurlarının işi məhkəmədə

Onlar vəzifə səlahətlərini aşıblar

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldəniz Qəhrəmanov və icra hakimiyyətinin şöbə müdiri, şəhərin baş memarı Yusif Abdurahmanova Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə qaldırılan cinayət işinin istintaqı yekunlaşıb. Məlumatı “Simsar.az” saytına Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində həmin iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib”. 

Hər iki şəxs fevralın 3-də Şəkidə baş vermiş intihar hadisəsindən sonra həbs olunub. Həmin gün Şəki şəhərindəki mağazasının məhkəmə hökmü olmadan sökülməsinə etiraz edən Hikmət Səlimov Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib.

Fevralın 7-də Respublika Prokurorluğu rəsmi məlumat yazaraq bunları bildirib: “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü tarixli sərəncamı ilə şəhər sakini Elfanə Səlimovaya ayrılan 30 kvadratmetr ərazidə onun atası Hikmət Səlimov icazəsiz mağaza və talvar inşa etdirib və orada qanunsuz küçə ticarəti aparıb. Həmin ərazidə qanunsuz ticarətlə məşğul olması ilə əlaqədar Şəki şəhər bələdiyyəsi Hikmət Səlimova 13 dekabr 2010-cu il tarixdə rəsmi xəbərdarlıq edib, o, inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat cərimələnib.

3 fevral 2011-ci ildə saat 10-da Şəki Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov, icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, şəhərin baş memarı Yusif Abdurahmanov xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər ediblər, Elfanə Səlimovaya ayrılmış ərazidə, şəhərin Fuad Abdurahmanov küçəsində inşa edilmiş mağazaya gəliblər, məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər veriblər, həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-dağıdılmasına nail olublar, bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar”.






4 Mart, 2011  20:44 Baxılıb: 1551 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner