Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ombudsman intiharlara biganə qaldı

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanovanın parlamentdəki hesabatını deputat Elmira Axundova bəyənmədi

Simsar.az-ın məlumatına görə, müvəkkil Elmira Süleymanovanın hesabat xarakterli təqdimatından sonra millət vəkilləri sənəddə əks olunanlara münasibət bildirib. Ancaq deputatlar arasında illik hesabatda insan haqlarına dair vəziyyətin hərtərəfli əks olunmamasından narazılıq edənlər də olub. Millət vəkili İqbal Ağazadə isə ombudsmanın illik hesabatını tənqid edib. Onun sözlərinə görə, hesabatda söz və mətbuat azadlığı, sərbəst toplaşma azadlığı sahəsindəki vəziyyət tam əhatə olunmayıb: “Əksinə, hesabatda bu vacib azadlıqlara dair məlumatlar sıxışdırılıb, əvəzində müvafiq icra hakimiyyəti orqanlarının il ərzində şikayət və müraciətlərin araşdırılması sahəsində gördüyü işlər gen-bol təhlil edilib”.


İqbal Ağazadə Bakı Şəhər İcra Hakimiyyətinin siyasi partiyaların piket, mitinq və yürüşlər keçirmək istəyi barədə müraciətlərinə mənfi cavab verməsinin obmudsmanın hesabatında əks olunmamasını böyük qüsur hesab edib.

Digər millət vəkili Elmira Axundova isə çıxışında ombudsmanın hesabatını normal və günün tələblərinə uyğun sənəd kimi dəyərləndirib. Amma o da hesabatda xeyli çatışmazlığın və qüsurun olduğunu söyləyib. Xanım millət vəkili deyib ki, son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində intihar hadisələrinin sayı artır. Ancaq ombudsmanın hesabatında bu barədə bir cümlə də olsun, yazılmayıb: “Mənim Elmira Süleymanovaya bir sualım odur ki, il ərzində Azərbaycanda intihar edən insanlarımızın sayı nə qədər olub? Bu yaxınlarda bir gün ərzində ölkədə 4 nəfər özünə qəsd edib. Ombudsman bu intiharların səbəblərini araşdırıbmı?”


YAP-çı millət vəkili Səyavuş Novruzov isə İnsan Hüquqları üzrə Müvəkkilin hesabatını öz səlahiyyətləri çərçivəsində hazırladığını bildirib. O qeyd edib ki, Elmira Süleymanovanın illik hesabatı real vəziyyəti özündə tam şəkildə əks etdirir.






4 Mart, 2011  20:39 Baxılıb: 1556 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner