Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevadan çağırış: Qazla ehtiyatlı olun!

Bayram qardaşımız üçün dualarınızı əksik etməyin! Və qazla ehtiyatlı olun!

Bu gün səhər Tovuz rayonunda,Qaraxanlı kəndində qaz balonunun nasazlığından baş verən partlayış zamanı ciddi yanıqlarla ağır vəziyyətdə 5 nömrəli xəstənaya çatdırılan Qarabağ müharibəsi əlili, qazisi qardaşımız Bayram Məhərrəmovu ziyarət etdik. Səhiyyə nazirliyi, xəstəxananın rəhbərliyi və həkimlərlə Bayram qardaşımızın vəziyyəti barədə geniş müzakirə apardıq və həkimlər ağır yanıqlara baxmayaraq onun həyatını itirməməsi üçün əllərindən gələni edirlər. Reanimasiya şöbəsində Bayram qardaşımızı qısa da olsa ziyarət etdik və ona keçmiş olsun diləklərimizi çatdırdıq və qısa zamanda sağlamlığına qovuşmasını dilədik. Bayram Məhərrəmov torpaqlarımızın, ərazi bütövlüyümüzün qorunmasında sağlamlığını, ayağını itirən, qazi qardaşımızdır. Bizim üçün çox dəyərli bir qardaşımızdır. Bir neçə dəfə evində ziyarət etmişdim. Sağlamlığında problemlərə baxmayaraq çalışır və halal zəhməti ilə ailəsinə böyük dəstək göstərirdi. Gözəl ailəsi, balaları var. İnşallah, Allahın yardımı ilə tezliklə sağlamlığına yenidən qovuşar. Bunun üçün əlimizdən gələni həkimlərimizlə birlikdə edəcəyik. Dualarınızı onun üçün əksik etməyin. Bütün insanlarımızı, özəlliklə kəndlərimizdə qaz balonlarından istifadə edən insanlarımızı çox ehtiyatlı olmağa çağırıram. Evlərində qaz peçlərindən istifadə edən insanlarımız çox ehtiyatlı olsunlar. Hadisə hər dəqiqə olmur amma baş verəndə çox ağır faciələrə yol açır. Bu gün reanimasiya şöbəsində şahid olduqlarımdan sonra bu çağırışı bir daha səsləndirməyi özümə borc bilirəm. Allah Bayram qardaşımıza və hər bir insanımıza kömək olsun!






3 Aprel, 2014  21:53 Baxılıb: 1105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner