Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qabil Hüseynli: “Türkiyə belə bir riskə hazır deyil”

Sabah  Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan Bakıya səfər edəcək. Səfərin təfərrüatlarını öyrənmək üçün  politoloq, keçmiş dövlət müşaviri  Qabil Hüseynli  məsələ ilə bağlı müraciət etdik.

Türkiyənin Baş naziri  Rəcəb Tayib Ərdoğanın   Azərbaycana gəlişinin məqsədi hərbi müqavilə bağlamaq iddiasına toxunan politoloq  Qabil Hüseynli  deyib ki,  “Türkiyə belə bir riskə hazır deyil. Amma hərbi əməkdaşlıq sahəsində məsələlərin daha da genişləndirilməsi müzakirələrin  mövzusundan biri ola bilər.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Azərbaycanda idi. Bundan sonra da  Baş nazirin Azərbaycana gəlməsi hərbi məsələlərin  baş müzakirə mövsuzu ola biləcək ehtimalını verir. Üstəlikdə iqtisadi məsələlər daha ağırlıqlı olaraq gündəlikdə duracaq. Çünki Türkiyənin PETKİM deyilən bir sənaye kompleksi var. Orada Azərbaycan 51 faiz səhmlərə sahibdir. İndi Türkiyə öz payını satmaq istəyir. Bu məsələlər də müzakirə edilə bilər.

İzmir bölgəsində  həyata keçirdiyi “Star” neftayırma zavodunun tikintisi üçün də 5 milayard manat ayırılıb. Amma hələ ki ayrılmış torpaq sahəsi mübahisəlidir. Çünki məhkəmədədir. Hələ ki, bu məsəli həll etmək istəmirlər. Görünür bu məsələ də müzakirə obyekti olacaq. Bu neft ayırma zavodu Türkiyənin neftə dair artan tələbatını ödəyə bilər. Xüsusilə də xaricdən neft məhsulları almaqdan xilas edə bilər. Digər bir məsələ ondan ibarətdir ki, seçkilərdən sonra ilk səfərin Azərbaycana edilməsi Türkiyə siyasətində bir ənənədir”.

Politoloq qeyd edib ki, “Ərdoğan uzun müddət idi ki, bu ənənəyə əməl etmirdi.  Seçkilərdə orda yaşayan azərbaycanlıların, eləcə də müstəqil Azərbaycan Respublikasının təsirinin nə qədər əhəmiyyətli olduğunu başa düşdükdən sonra, üstəlikdə Azərbaycanın bütün dünyada artan siyasi çəkisini də nəzərə almaqla ilk səfəri Azərbaycana etməyi qərara aldı. Bununlada  bir növ qarşıdakı prezident seçkilərində Azərbaycanın dəstəyi də olmaqla seçkilərdə yenə də uğur qazanmağı planlaşdırır. Mənim zənnimcə, iki ölkə arasında münasibətlər normal zəmində inkşaf edir. Son Krım hadisələr də bu münasibətləri dərinləşdirməyi tələb edir”.

Qabil Hüseynli deyib ki, “Türkiyə ərazisindən keçən Bakı- Tibilis-Ceyhan, çox da uzun olmayan bir zamanda həyata keçəcək və bütün Avropa bazarlarını təmin edəcək  “Şahdəniz 2”  layihəsi də, həm Türkiyəyə, həm də Avropaya göndərilməsi müzakirələrin mövzusu olacaq.

Üstəlik müqaviləyə Türkmənistanın qoşulması ehtimalı da böyükdür.  Yəni, gündəlikdə iqtisadi və hərbi sahədə əməkdaşlıq aparıcı yer tutacaq. Bəziləri iddia edirlər ki, güya nurçularla mübarizə məsələsinə də toxunula bilər. Mən zənn etmirəm ki, bu cür böyük müzakirələrin işərisində nurçuluq, Fətullah Gülənlə bağlı məsələ də geniş müzakrə mövzusu ola bilər.

Azərbaycan üçün bu mövzu artıq qapanmış vəzyyətdədir. Türkiyə  diplomatik tərzdə nəsə eyham vura bilər. Gündəm kifayət qədər zəngindir. Hər iki ölkə üçün əhəmiyyətli olan məsələlər çoxdur. Bu məslələri müzakirə edib, ortaq məxrəcə gətirmək, həm Türkyənin, həm də Azərbaycanın nüfuzunun artmasına gətirib çıxara bilər”.

Aynur Bayramova







3 Aprel, 2014  20:16 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner