Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Avtomobil körpüdən çaya düşdü

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Simsar.az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə saat 18.00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Simsar.az







3 Aprel, 2014  20:00 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner