Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Tacikistan naziri: ”Ölkəniz liderdir”

Nazir Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkür edib.

Tacikistan xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış və ölkələrimizin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.

Görüşün sonunda Elmar Məmmədyarov və sSirociddin Aslov tərəfindən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı” imzalanıb.

Aynur Bayramova







3 Aprel, 2014  16:19 Baxılıb: 687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner