Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azərkosmos” qonşu ilə saziş bağladı

Azərbaycanın peyk operatoru “Azərkosmos” ASC və Ukraynaya məxsus “Ukrkosmos” şirkəti arasında bir sıra Ukrayna televiziya kanallarının “Azərspace-1” peyki vasitəsilə Avropa və Mərkəzi Asiya regionlarında, eləcə də Yaxın Şərqin bir neçə ölkəsində yayımına dair saziş bağlanıb.

Simsar.az Rabitə və İnformasiya Texnologiya Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, “UTR”, “Kultura”, “Lvov TV”, “KDRTK” və “ЧП INFO” kimi populyar kanalların daxil olduğu paket MPEG-2 standartında yayımlanacaq.

Qafqazda yegane peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Simsar.az






2 Aprel, 2014  19:12 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner