Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

31 mart soyqırımı xarici KİV-də

Pakistanın “The Frontier Post” qəzetində “Azərbaycanda soyqırımı” adlı məqalə dərc edilib
Xarici İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, Pakistanın “The Frontier Post” qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin “Azərbaycanda soyqırımı” adlı məqaləsi dərc edilib.
Məqalədə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 Mart, 1998 –ci il tarixində 31 Mart Gününü Azərbaycanlıların Soyqırımı Günü elan edərək öz çıxışında “Birinci dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablardan sui-istifadə edən ermənilər bolşevik şüarları altında öz məkrli planlarını həyata keçirməyə başlamış və 1918-ci ilin mart ayında Bakı Kommunası Bakı əyalətindən azərbaycanlıları tamami ilə ləğv etmək haqqında kriminal planını həyata keçirməyə başlamışlar”.
Yazıda, Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarının yad etdikləri bildirilib.
31 Mart, 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazan İffət Pərviz, Nyu-York Times qəzetinə istinad edərək bu rəqəmin təkcə Bakıda 12000 olduğu qeyd olunub.
Qeyd etmişdir ki, 1919-ci ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti, ermənilərin Bakı hadısələrində əsas rol oynayaraq 12000 qadın, uşaq və ahılları öldürdüklərini vurğulayıb
Məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdiklərini qeyd olunub.

Aynur Bayramova






2 Aprel, 2014  18:00 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner