Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha bir Narınc Psixologiya Mərkəzi açıldı - FOTOLAR

Narınc Psixologiya Mərkəzinin “Xalqlar dostluğu” metrosunun yaxınlığında yeni ofisi fəaliyyətə başlayıb. Mərkəzinin rəhbəri Narınc Rüstəmova Simsar.az-a açıqlamasında mərkəzin yaradılmasının əhəmiyyətini vurğulayıb

O, qeyd edib ki, bu gün bizim üçün əlamətdar olan iki günü qeyd edirik. “Narınc Psixologiya Mərkəzinin bir yaşı tamam olur, eyni zamanda yeni bir filalın açılışını da bu gün edirik. Digər yandan bu günün dünya autizm günü olduğu üçün bizim  üçün də daha da önəmlidir. Bizim açılışımızı bu günə salmağımızın məqsədi də odur ki, biz 200-300 nəfərdən çıx insanlara kömək etmək istəyirik. Xüsusilə də KİV-in burada çıx böyük rolu var. Biz media vastəsilə insanlara çıxa bilirik. Bu həqiqətdir ki, bu gün cəmiyyətimizdə autuzimli uşaqlar çoxdur. Biz həmin uşaqları hər yerdə müşayət edirik. Autizmli uşaqların sosial bacarıqları çox aşağıdır və cəmiyyətə adaptasiyada çox böyük çətinlik çəkirlər. Bu uşaqları cəmiyyətə qazandırmalıyıq. Bizim valedeynlərimizin bəziləri elə düşünür ki, uşaqlarını hər şeydən kənar  tutmaqla bu uşaqlara nəsə vermək olar. Amma bu yanaşma düzgün deyil. Heç birimiz bundan suğortalanmamışıq. Bu gün bu mərkəzimizn də açılışı buna xidmət edir. Xüsusilə də bu filalımız daha böyük arenaya çıxır.  Öncəki mərkəzimizdə 100-ə yaxın uşağa yardım göstərmək olurdu,  amma indi 300-ə yaxın uşağa xidmət göstərmək olacaq. Autizmli uşaqlarla mütamadi işləmək lazımdır. Psixoloq, Pedoqoq vastəsilə mütamadi işləyərək bir nəticə əldə etmək mümkündür.  Validenlər kompleks edirlər övladlarını qeydiyyata salmırlar, evdə gizlədirlər. Bu uşaqlarda cəmiyyətə yararlı ola bilmir.

Tədbirimizdə rəqs edən, nağara çalan  uşaqların içərisində autizmli  uşaqlar da var idi. Amma bu fakt heç hiss olunmadıda. Biz bunu göstərmək istəyirik ki, biz bunu bacarırıq. Autizmli uşaqları cəmiyyətə yararlı bir fərd etmək mümkündür.Hər birimiz həsas olsaq biz bu xəstəliyə qalib gələ bilərik.

Autizm xəstəlik deyil, bir həyat tərzidir. Üzərində işləməklə gözəl nəticələr almaq mümkündür. Yəni, bu xəstəlik  bir səbiridir.

Uzun müddət birgə işləməklə bir nəticə almaq mümkündür. Bu gün qeyri-rəsmi statistikaya görə, hər 10 nəfərdən 2-i  uşaq autizmlə doğolur. Amma rəsmi satistika çox azdır. Çünki valideynlər uşaqlarını qeydiyyatdan keçirtməkdən qorxurlar.

Amma  dövlət tərəfindən bu uşaqlar üçün çox böyük yatırımlar, şərait yaradılır.  Bunu millət olaraq qiymətləndirməliyik.

Biz valideynlərə səslənirik onlar bu uşaqlara evdə saxlamasınlar. 5 yaşında uşağa nəsə öyrətmək 20 yaşındakına öyrətməkdən dəfələrlə çətindir. Biz mərkəz olaraq daha böyük sahədə uşaqlara köməklik etmək niyyətindəyik.

Bu filialımız daha çox  sayda uşaqlarla  işləyə bilmək bacarığındadırlar. Biz bu ikinci filalımızda da  ənənələrimizi davam etdirəcəyik. Heç olmasa  ildə bir dəfə  bu günün əhəmiyyətini dərk etsinlər. Bizim baş ofisimizdə 25-ə yaxın işçimiz var. idisə, amma burda 40-a yaxın insan çalışır.  Burda rəqs, idman, pedaqoq, toxuculuq, şahmat bir sözlə  bir uşağın inkşafı üçün hər cür şərait var”.

Simsar.az

 







2 Aprel, 2014  17:14 Baxılıb: 9585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner