Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Pravıy sektor” fəalı saxlanıldı

Ukrayna DİN-i milliyətçi-radikal qruplaşma olan “Pravıy sektor”un fəalı Aleksandr Muzıçko (“Saşa Beliy” ləqəbi ilə tanınır) barəsində başlatdığı istintaq əməliyyatının nəticələri barədə açıqlama verib. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, DİN əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar qanunidir və nəticələr artıq prokurorluğa təqdim olunub. Aleksandr Muzıçkonun saxlanılması martın 25-də Rovensk əyalətində baş tutub. Həmin vaxtı Saşa Beliy kimi tanınan Muzıçko xuliqanlıqda və prokurorluq işçisinə hücumda ittiham olunurdu. İstintaq nəticələrinə əsasən, Muzıçko naməlum silahlı şəxslərlə birlikdə “Tri karasya” restoranının önündə görünüb. Xüsusi xidmətlərin yerə çökmək əmrinə Muzıçko özü əməl etməsədə onun yanında olan silahlılar xidmətlərə təslim olublar. Muzıçko atəş açaraq DİN işçisini yaralayıb. DİN əməkdaşı onun arxasından bir neçə dəfə atəş açıb lakin onu yaralaya bilməyib. Bir neçə DİN əməkdaşı onun dalınca düşüblər. Polislərin verdiyi məlumata görə Muzıçko saxlanılan zaman atəş açmağa çalışıb və onu saxlayan zaman təsadüfən özü öz sinəsinə atəş açıb, nəticədə də ölüb. “Praviy sektor” rəsmi versiyaya inanmır. Fəallar baş verən hadisəyə görə DİN rəhbəri Arsen Avakovdan intiqam almağa söz veriblər. Martın 28-də onlar Ali Radanın binası qarşısında mitinq keçiriblər və nazirin istefasını tələb ediblər. Elə bu səbəbdən hadisənin araşdırılması üçün parlament fonunda xüsusi araşdırma komissiyası yaradılıb. Parlamentin qərarı ilə araşdırma bitən müddətə qədər Avakov postundan uzaqlaşdırılıb.

Mələk Abbaszadə







2 Aprel, 2014  14:38 Baxılıb: 680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner