Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bölgələrdə yeni universitetlər açıla bilər

“Qeyd olunan regionlarda ali təhsil müəssisələrinin yaradılması məsələsinə baxıla bilər”

Maddi və texniki çətinliklərə baxmayaraq, Şirvan, Şamaxı və Qubada, o cümlədən Mingəçevir və Qazaxda universitetlərin açılması vacibdir. Simsar.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Musa Qasımlı təklif irəli sürüb. Millət vəkili bunun  Dağıstan və Gürcüstanda yaşayan azərbaycanlılar üçün   strateji əhəmiyyətli bir məsələ olduğunu deyib.

Bəs bu  gün  təhsil sistemimiz buna hazırdırmı? Gələcəkdə  ali təhsil ocaqlarının sayı artırılarsa, yaranan kadr tələbatını ödəyəcək baza varmı? Ümumiyyətlə ölkədə əlavə ali təhsil müəssiələrinin yaradılmasının lazımlılığını öyrənmək üçün Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru  Əjdər Ağayevlə əlaqə saxlamağa çalışdıq.

Əjdər  Ağayev hazırda Azərbaycanın ayrı-ayrı region və şəhərlərində ali təhsil müəsssiələrinin yaradılmasının mümükün olmadığını deyir: “Hazırda regionlarda ali təhsil müəssisələrinin açılmasına nə imkan var, nə də buna ehtiyac var. Çünki, bölgələrdə ali təhsil ocaqlarının yaradılması üçün təhsil elmi və  texniki inkişaf nəzərə alınmalıdır”.

Açılacaq olan yeni universitetlərdə tətbiqi imkan olmadığını  bildirən  Ə.Ağayev  bu gün  bölgələrdəki ali təhsil ocaqlarında dərs deyən müəllimlərin lazım olan tələbi ödəyəcək savadının olmadığı qənaətindədir:

“Universitetdə fəaliyyət göstərən kadr tədqiqatçı, geniş dünyagörüşə malik araşdırmalar aparan ustad ali məktəb müəllimi olmalıdır”.

Təhsil Şurasının sədri qeyd edib ki, ehtiyac olduğu təqdirdə orta məktəbin ən yaxşı müəllimini tədris keçməsi üçün dəvət etmək olur. Lakin ali təhsil müəssisələri üçün belə imkanlarımız yoxdur. Mövcud olanların yüksək keyfiyyətlə işləməsinə nail oluruqsa bunun özü nailiyyət hesab olunur.

Əməkdar müəllim gələcəkdə Şimal rayonlarında ali təhsil ocaqlarının açılmasının  Dərbənd, Dağıstan azərbaycanlılarının gəlib-getmələri üçün vacibliyini də vurğulayıb. Bu həmin gənclər üçün  rahat ola bilər. Digər bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılmasına ehtiyac yoxdur.

Əjdər Ağayevin sözlərinə görə,  gələcəkdə dövlətin iqtisadi-strateji siyasəti olacaqsa, yeni təhsil ocaqlarının açılmasını doğru adlandırmaq olar. Şimal bölgəsi istisna  olmaqla  digər yerlərdə olan  ali təhsil müəssisələrini təkmiləşdirmək vacibdir.

Təhsil Nazirliyinin əməkdaşı  isə gələcəkdə Şirvan, Şamaxı və Qubada, o cümlədən Mingəçevir və Qazaxda universitetlərin açılması ilə bağlı  yeni  fəaliyyət  planının hazırlaması ilə bağlı sualına cavab olaraq bildirilib ki, “Regionların inkişafı üzrə Dövlət proqramına və Azərbaycan Respublikasinda Təhsilin inkişafi üzrə dovlət strategiyasina müvafiq olaraq ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi məsələsinə baxılacaq.  Bu zaman qeyd olunan regionlarda ali təhsil müəssisələrinin yaradılması məsələsinə baxıla bilər.

Aysel Kərimova

 

 

 






2 Aprel, 2014  13:59 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner