Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Həyatımın bu dönəmində başqa söhbət etməsinlər” - FOTO

Gənc müğənni Afaq Aslan martın son günlərində Avropa prodüseri Sultan Mustafayevin təşkil etdiyi konsertdə oxumalı idi.Simsar.az-ın xəbərinə görə, Almaniyanın Hannover şəhərində və Niderland Krallığında çıxış etməli olan Afaq son anda bundan imtina edib. Səbəbi isə anasının səhhəti ilə bağlayıb. Müğənni açıqlamasında çətin günlər yaşadığını dilə gətirib: “Anam ürəyindən əməliyyat olunub. Həkimlər deyir ki, vəziyyəti qənaətbəxş deyil. Ürəyində bir neçə damar tutulub. Bu gün açıq ürək əməliyyatına girəcək. Məhz bu səbəbə görə heç bir konsert haqda düşünə bilməzdim”.

Afaq onu da açıqlayıb ki, anasının səhhəti haqda açıqlama vermək məcburiyyətində qalıb: “ Əslində, mən istəməzdim oxuculara bu cür xəbər çatdırım. Amma bilirəm ki, bəzi adamlar konsertdə çıxış etməməyimə başqa səbəblər gətirirlər. Mən də tam aydınlıq gətirmək üçün ailəmdə baş verənləri mətbuata çıxatmalı oldum. O konsertdə çıxış etməməyimin yeganə səbəbi anamdı. Onu qoyub gedə bilməzdim. Bir an belə yanından ayrılmaq istəmirəm. Anama çox bağlıyam və hər kəsdən xahiş edirəm ki, həyatımın çətin dönəmində başqa söhbətlər danışmasınlar. Mən Sultanın təşkil etdiyi növbəti konsertdə çıxış edəcəyəm. Bu da Allah qoysa, may ayına təsadüf etməlidir. Allah bütün xəstələrə şəfa versin”.

 

 






2 Aprel, 2014  12:25 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner