Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nato Rusiya və Azərbaycanla bağlı qərar qəbul edib

NATO aprelin 1-də qərar verib ki, özünün Şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirsin

“Azadlıq Radiosu”nun  "Şərqi Avropadakı müttəfiqlər dedikdə Ermənistan, Azərbaycan və Moldovanı nəzərdə tutursunuzmu" sualına NATO-nun baş katibi Andres Foq Rasmussen  "bəli" cavabını verib.

Rasmussen NATO xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən toplantısında iştirak edib. Toplantıda qəbul edilən əsas qərar o olub ki, alyans Krımı anneksiya edən Rusiya ilə əməkdaşlığı dayandırsın.

Rasmussen Azadlıq Radiosunun sualına tam olaraq belə cavab verib:  "Bəli, Moldova, Ermənistan, Azərbaycanı nəzərdə tuturuq. Amma icazə verin vurğulayım ki, bu, yeni bir şey deyil. Bizim bu üç müttəfiq ölkə ilə onsuz da indiyəcən yaxşı oturuşmuş münasibətlərimiz olub. Və biz əslində sentyabrda Uelsdə keçiriləcək sammiti hədəfləyərək münasibətlərimizin dərinləşməsi yönündə xeyli vaxtdır ki işləməkdəyik".

Rasmussen deyib ki, sözügedən ölkələrlə münasibətləri mövcud əməkdaşlıq çərçivələri daxilində dərinləşdirəcəklər. Bu da, onun sözlərinə görə, həmin ölkələrin müdafiə sahəsində islahatlarını dəstəkləmək üçün yardım kimi cari əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, NATO Ukraynanın Krım bölgəsini anneksiya edən Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırıb.

Qərar NATO ölkələri xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən görüşündə qəbul edilib.Amma nazirlər Rusiya ilə siyasi dialoqun Rusiya-NATO şurası çərçivəsində davam etdiriləcəyini bildiriblər.

Bu, yaranan situasiyadan çıxış yolu tapmaq üçün danışıqlar imkanının saxlanması üçündür. Xarici işlər nazirləri Krımın işğalını bir daha pisləyərək bunu “qanunsuz hərəkət” adlandırıblar.

NATO-nun baş katibi  xəbərdarlıq edib ki, Ukrayna böhranı Avropada yeni ayırıcı xətlər yarada bilər.Onun sözlərinə görə, Rusiyanın Ukrayna böhranı ilə bağlı gərginliyi azaltmaq üçün hər hansı addımları atdığı müşahidə edilmir.

Rusiya Ukrayna ilə sərhədə 40 minə qədər əsgər cəmləyib.Martın 31-də rus qoşunlarının bir hissəsinin oradan çıxarılacağı xəbəri yayılsa da, NATO hər hansı dəyişiklik hiss etmədiyini deyir.Bundan başqa NATO strateqlərinə tapşırılıb ki, yaxın həftələrdə alyansın şərq sərhədlərini daha da möhkəmləndirmək, xüsusən şərqi Avropa ölkələrində narahatlığa son qoymaq üçün əlavə müdafiə tədbirləri görmək təkliflər hazırlasınlar.

Bu təkliflərdən biri Pribaltika ölkələrində hərbi bazalar yaradılması və oraya

NATO qüvvələrinin yerləşdirilməsi ola bilər.

Simsar.az







2 Aprel, 2014  09:54 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner