Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artistinin yubileyi keçirilib - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış aktyor, Xalq Artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş “Zirvədən gələn səs” adlı tədbir keçirilib.

Simsar.az xəbər verir ki, əvvəlcə Özbəkistanda yaşayan həmyerlimizin Tariyel Qasımov haqqında lentə aldığı sənədli film nümayiş olunub.

Sonra yubilyar səhnəyə dəvət edilib. Görkəmli aktyor tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib. O, amalının gözəl rollar yaradaraq tamaşaçıları sevindirmək olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev və digər tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edərək aktyoru yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşülər.

Diqqətə çatdırılıb ki, Tariyel Qasımov 1964-cü ildən bu günədək qısa fasilələrlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Bildirilmişdir ki, aktyor bir çox görkəmli rejissorların səhnə və ekran əsərlərində rol almış, teatr və kinoda yaddaqalan obrazlar yaradıb.

Qeyd edilib ki, Tariyel Qasımov təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, Almaniyada və digər ölkələrdə tanınmış aktyorlarla birlikdə filmlərə çəkilmişdir. Vurğulanmışdır ki, o, təkcə Özbəkistanda 7 filmdə rol alıb.

Nəzərə çatdırılıb ki, görkəmli sənətkar bir sıra teatrların formalaşmasında yaxından iştirak edib.

Bildirilib ki, Tariyel Qasımov bu gün var qüvvəsi ilə çalışır və yaddaqalan obrazlar yaradır.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi adından yubilyara təbrik ünvanı təqdim edilib.

Gecədə müxtəlif teatrların artistləri səhnəciklər təqdim ediblər. İncəsənət ustalarının bir-birindən gözəl ifaları yubiley gecəsinə xüsusi rəng qatıb.

Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən və tamaşalardan fraqmentlər təqdim olunub.

Günel

 







2 Aprel, 2014  09:15 Baxılıb: 1003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner