Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının daha bir küçəsi də əsaslı təmir edilir

Paytaxtın mərkəzində, Həsən Əliyev küçəsində əsaslı təmir işlərinə başlanılıb. Əraziyə cəlb olunan işçi qüvvəsi mühəndis kommunikasiya qurğularını yeniləyərək dəyişir. Dəyişməkdə olan həm də yolun kənarlarını bəzəyən bardürlərdir. Hələlik ərazidə köhnə bardürlərin söküntüsü işləri aparılır. Yolun digər bir hissəsində isə köhnə beton bardürlər mərmər bardürlərlə əvəz olunur.

Hazırda xidməti maşınlarla əraziyə gətirilən mərmər bardürlər yol kənarına düzülərək hissə-hissə vurulur.

Təmir işləri Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər 3,4 km-lik məsafədə aparılır. Yaxın 10 gün ərzində isə yolda əsaslı təmir işləri görüləcək.

Yəni bardürlər dəyişdirildikdən sonra yolun hazırkı asfalt örtüyü qaşınacaq və zəruri hissələrdə genişləndirmə işləri aparılaraq yeni asfalt örtüyü döşənəcək.Ərazidəki təmir işlərini həyata keçirən "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev, yolda asfalt vurma işlərinin aparılması sürücülər üçün elə də ciddi problem yaratmayacağını bildirib:

“Yol hissə-hissə asfaltlanacaq, bu zaman yol bağlanmayacaq. 2 gündür ki, başlanan təmir işləri hələ 2-3 ay davam edəcək”.






1 Aprel, 2014  23:45 Baxılıb: 688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner