Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev aprelin ilk yarısında Tehrana gedəcək

Prezident İlham Əliyevin aprelin ilk yarısına nəzərdə tutulan səfəri zamanı İran rəsmilərinin məlumatına istinadən, iki ölkə arasında daha güclü iqtisadi münasibətlər, birgə investisiyalar, ticarət əlaqələrinin genişləndirilməsi barədə danışıqlar aparılacaq.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib ki, prezident İlham Əliyevin tezliklə Tehrana səfər etmək niyyətini Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov çatdırıb.

ANS TV-nin İran bürosunun xüsusi müxbiri Nəvid Daneşvəri xatırladıb ki, Prezident İlham Əliyev İrana sonuncu dəfə 2009-cu ildə, İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün səfər edib: “Bu dövr ərzində isə hər iki ölkənin müxtəlif rəsmi şəxslərinin mütəmadi olaraq qarşılıqlı səfərləri təşkil olunub.

İrana səfər edən Azərbaycan rəsmilərinin bu ölkədə yüksək səviyyədə qarşılanması da İran-Azərbaycan münasibətlərinin daha da yaxınlaşmasından xəbər verir.

Xarici siyasətdə mülayim xətt tutan İranın indiki prezidenti qonşularla münasibətləri qaydaya salmaqda maraqlıdır. Belə görünür ki, məhz Azərbaycan dövlət başçısının Tehrana səfəri də əlaqələrin genişləndirilməsində mühüm addım olacaq”.

İran prezidentinin müşaviri Əhəd Qəzayi isə bildirib ki, Həsən Ruhani Azərbaycanı yaxşı tanıyır və Azərbaycandakı bütün proseslərdən xəbərdardır: “Ruhani eyni zamanda həmişə çalışıb ki, iki olkə arasinda dostluq olsun, bunu elə Davos Dünya İqtisadi Forumunda İlham Əliyevnən söhbətlərində də ifadə edib.

İlham Əliyevlə Həsən Ruhani ilk dəfə bu ilin yanvarında Davos Dünya İqtisadi Forumunun gedişatında görüşmüşdü. Ruhani həmin görüş zamanı bildirib ki, İran şimal qonşusu ilə neft-qaz, neft-kimya sahələri də daxil olmaqla iqtisadi əməkdaşlıq qorumaqda maraqlıdır. İran hazırda Azərbaycanla mövcud illik 167 milyonluq ticarət dövriyyəsini də artırmağa çalışır.

 

Hazırda Azərbaycandan İrana ildə 2 miliyondan artıq insan səfər edir. İrandan Azərbaycana da səfər edənlərin sayı ildə 300 minə çatır. Əgər biz ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin iqtisadi dövriyəsini də nəzərə alsaq, bu, böyük bir rəqəmdir. Ona görə də çalışmalıyıq ki, mədəni, tarixi, coğrafi yaxınlığı olan iki ölkənin qarşılıqlı şəkildə daha çox fayda əldə edə bilsin”.

 

İranın Azərbaycandakı səfirinin məlumatına gorə, bu səfərdən bir ay sonra iki ölkənin iqtisadi komissiyalarının iştirakı ilə birgə iclası keçiriləcək.






1 Aprel, 2014  22:27 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner