Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir müavini: “Düşünmürəm ki, xaricdə oxuyanların əksəriyyəti geri qayıtmır”

“Onlardan bir neçəsi bu il nazirlikdə işlə təmin olunub”

Təhsil nazirinin müavini Ceyhun Bayramov dövlət proqramına uyğun olaraq xaricdə təhsil alan tələbələrin əksəriyyətinin ölkəyə geri qayıtmaması məsələsinə münasibət bildirib: “Düşünmürəm ki, onların əksəriyyəti geri qayıtmır. Amma belə halları istisna etmirik. Hesab edirəm ki, əksəriyyəti geri qayıdır”.
Simsar.az xəbər verir ki, nazirlik rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, xaricdə təhsillə bağlı 2007-ci ildə Dövlət Proqramı qəbul edildiyini, indiyə qədər Dövlət Proqramı xətti ilə 3 minə yaxın tələbənin xaricdə təhsil aldığını deyib.
Ceyhun Bayramov onu da əlavə edib ki, digər illərlə müqayisədə yalnız ötən il 1787 nəfər dünyanın müxtəlif yüksək reytinqli ali təhsil müəssisələrinin tələbəsi olmaq statusunu qazanıb. Nazir müavini bunun digər illərlə müqayisədə ən yüksək göstərici olduğunu vurğulayıb. “Onların bir qismi təhsillərini başa vurub diplomlarını alıb. Ötən ilin yay aylarının statistikasına əsasən elə tələbələrin sayı təxminən 600-dən çoxdur. Belə tələbələrin əksəriyyəti Azərbaycana qayıdıb və müxtəlif dövlət, özəl şirkətlərdə işlə təmin olunur”.
C.Bayramov adı çəkilən dövlət proqramı ilə bağlı qəbul edilmiş sənədlərdə xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdarkən dövlət qulluğuna üz tutduqları təqdirdə, onlar üçün sadələşdirilmiş işə qəbul mexanizmlərinin də mövcud olduğunu da deyib. Təhsil Nazirliyi olaraq biz özümüz bundan istifadə edirik. Bir neçə məzun bu il ərzində nazirlikdə işə qəbul olunub”.

Aysel Kərimova






1 Aprel, 2014  14:44 Baxılıb: 753 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner