Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sentyabrdan dərs ilinin müddəti uzadılacaq

Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında dərs ilinin növbəti ildən uzadılacağını deyib. “Ancaq ötən il olduğu kimi bu il dərs ili planlaşdırılmış vaxtda başa çatacaq. Dərs ilinin uzadılması tədris proqramları ilə bağlıdır. Bunu ilin ortasında etmək düzgün olmaz”. Nazir müavini dərs ilinin uzadılmasının səbəblərini də izah edib. “Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu çox aşağı bir göstəricidir. Digər ölkələrdə bu müddət 38 həftədir. Hətta bəzi ölkələrdə 40-42 həfətəyədək uzadılır. 32 həftə isə kifayət qədər qısa bir müddətdir. Tədris proqramı isə kifayət qədər ağırdır. Zaman inkişaf etdikcə bu yüngülləşmir. Dərs ilini azaltmaqla gündəliyə düşən dərs yükünü artırırıq. Bu da valideynlərin haqlı narazılığına səbəb olur. Bu barədə qərar verilməyib, böyük ehtimalla dərs ilinin sonuna 3 həftə artılacaq”. 

Təhsil nazirinin rəsmisi Azərbaycan Beynəlxalq Universitetinin başqa özəl ali məktəblərə köçürülmüş tələbələrinin diplom problemi ilə bağlı məsələyə də aydınlıq gətirib. Simsar.az xəbər verir ki, nazir müavini deyib ki, həmin qərar qəbul edilərkən leqal yolla bu ali məktəbə qəbul olan tələbələr ixtisasları üzrə müvafiq ali məktəblərə köçürülüb. Minlərlə tələbə artıq həmin ali təhsil müəssisəsini bitirib və diplomunu alıb. Sənədləri şübhə doğurmayan, qanuni əsaslarla həmin ali təhsil ocağına daxil olub lakin indiyə kimi problemləri olan tələbələr Təhsil Nazirliyinə müraciət edə bilərlər.


Aysel Kərimova






1 Aprel, 2014  13:26 Baxılıb: 889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner