Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İslam ölkələrinin ənənəvi Novruz Sammiti keçirilib

Əfqanıstan İslam Respublikasının paytaxtı Kabil şəhərində İslam ölkələrinin ənənəvi Novruz Sammiti keçirilib. Tədbirdə Əfqanıstan İslam Respublikasının, İran İslam Respublikasının, Pakistan İslam Respublikasının və Tacikistanın prezidentləri, BMT-nin baş katibinin müavini, eləcə də digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.
Simsar.az xəbər verir ki, sammitdə Azərbaycanı Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Elçin Əfəndiyev Əfqanıstan Prezidenti Həmid Kərzai, İran Prezidenti Həsən Ruhani, Pakistan Prezidenti Məmnun Hüseyn və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşmüş, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Novruz təbriklərini onlara çatdırıb.
Azərbaycan nümayəndə heyətinin başçısı Elçin Əfəndiyev, həmçinin tədbirdə iştirak edən Qazaxıstan, Türkmənistan və Qırğızıstan nümayəndə heyətlərinin başçıları ilə görüşüb.
Tədbirdən sonra nümayəndə heyətinin başçısı Elçin Əfəndiyev Əfqanıstanda yerləşmiş Azərbaycan sülhməramlı qüvvələrinin heyəti ilə də səmimi və səmərəli görüş keçirmiş, onları Novruz münasibətilə təbrik edib.
Qeyd edək ki, ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, sammit ərəfəsində və tədbirdən sonra Kabil şəhərində insan tələfatı ilə nəticələnən terror aktları törədilmiş, o cümlədən Azərbaycan nümayəndə heyətinin yerləşdiyi otel, onlar Kabili tərk etdikdən bir neçə saat sonra partladılıb.






1 Aprel, 2014  13:05 Baxılıb: 832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner