Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc prokurorlarımız Zaqrebdə – FOTO

Beynəlxalq Prokurorlar Assosiasiyasının ölkəmizdəki gənc üzvləri beynəlxalq tədbirdə iştirak ediblər.

Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının “Avropa İttifaqına üzv ölkələrdə hüquq mühafizə sahəsində əməkdaşlıq: reallıq və mif” mövzusunda 14-cü Avropa Regional Konfransı keçirilib. Simsar.az xəbər verir ki, Böyük Britaniya və Niderland Krallığı, Rusiya, Avstriya, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Xorvatiya, Sloveniya və digər dövlətlərin prokurorluq orqanları əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Sahib İsmayılov və Preventiv tədbirlər və təhqiqat şöbəsinin prokuroru Heydər Məmmədov təmsil ediblər.

Konfransın açılışında Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş, Xorvatiya Respublikasının Baş prokuroru Mladen Bayiç və Ədliyyə Naziri Orsat Milyeniç çıxış ediblər.

Tədbirdə hüquqi əməkdaşlığın inkişaf perspektivləri, prokurorlar üçün qlobal elektron şəbəkənin təkmilləşdirilməsi, hüquqi yardımlar üzrə sorğuların icrası ilə bağlı yaranan problemlər və onların həlli yolları kimi aktual mövzularda məruzələr edilmiş, qabaqcıl dövlətlərin təcrübəsi müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə dair təkliflərini irəli sürmüş, eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək səmərəli təcrübə mübadiləsi aparıblar.







1 Aprel, 2014  13:01 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner