Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Qulluqçu-xanım” Opera və Balet Teatrında

Aprelin 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin “Qulluqçu-xanım” operasının premyerası olacaq.
Qeyd edək ki, operanın ilk tamaşası 1733-cü ildə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən Simsar. az-a bildirilib ki, maraqlı süjet xətti, şən və sadə melodiyalar üzərində qurulmuş opera ilk dəfədən böyük tamaşaçı marağına səbəb olmuş və uğur qazanıb. “Qulluqçu-xanım” bu günədək dünyanın ən nüfuzlu opera teatrlarının repertuarını bəzəməkdədir.
Yeni tamaşanın quruluşçu rejissoru Əməkdar Artist İnarə Babayeva, musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.
Tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcəklər.
Şübhəsiz, Opera və Balet Teatrında ilk dəfə səhnəyə qoyulan bu opera gözəl musiqisi, dekorasiya və kostyumları ilə tamaşaçılar tərəfindən bəyəniləcək və maraqla qarşılanacaq.

Günel






1 Aprel, 2014  12:45 Baxılıb: 945 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner