Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Şahmat festivalının açılış mərasimi keçirilib

Simsar.az xəbər verir ki, bu gün Bakıda 18 nömrəli orta məktəbdə ümummilli llider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümnə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib. Festival Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Sözügedən festivalda paytaxt rayonlarını, Gəncə, Sumqayıt,Mingəçevir, Şirvaan,Şəki, Lənkəran, eləcə də, digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. 
5 gün davam edəcək yarışdaiştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır. Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Nazirlik tərəfindən hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlərin o cümlədən, ənənəvi olaraq məktəblilər arasında şahmat yarışının keçirildiyini deyib.
Qeyd edək ki,hazırd Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir. Belə ki, ötən il uşaq-gənclərşahmat məktəbinin yetirmələri respublika yarışlarıda 41, Avropa, dünyavə beynəlxlaq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 brünc olmaqla, ümumilikdə 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxlaq qrosmeysterdən 15-i, 14nəfər beynəlxlaq dərəcəli idman ustasından 7-si, beynəlxlaq reytinqə malikdir. Dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Hər il ayrı-ayrı yaşqrupları üzrə keçirilən respublika birinciliklərində mükafata layiq yerlərin, Avropa və düünya miqyaslı yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələri qazanırlar. Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş 1 ümumtəhsil məktəbinin II siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb.
Hazırda 500-dən çox ümumtəhsil məktəbinin II, III və IV siniflərində şahmat fənni tədris olunur

Aysel Kərimova






1 Aprel, 2014  12:41 Baxılıb: 866 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner