Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mikayıl Cabbarov millət vəklinin təklifini bəyənmədi

Nazirlik: “Bakalavr təhsilin dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə qaldırılması nəzərdə tutulur”

Bir müddət öncə Milli Məclisin plenar iclasında millət vəkili Musa Qasımlı azərbaycanlı tələbələrin, bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə xaricdə almaları ilə bağlı təklif irəli sürmüşdü. O, demişdi ki, belə sistem tətbiq olunarsa Azərbaycan elminin xaricə çıxışı sürətlənər.

Bəs Təhsil Nazirliyinin bu məsələyə münasibəti necədir? Yaxın gələcəkdə tələbələrimizin bakalvr təhsilini Azərbaycanda magistr təhsilini xaricdə almaları üçün vahid sistem tətbiq oluna bilərmi?

Təhsil Nazirliyi Simsar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müvafiq olaraq ali təhsilin hər 3 səviyyəsində xaricdə təhsil nəzərdə tutulur”. Lakin bu zaman magistratura və doktorantura səviyyəsində təhsilə prioritet verilir.

Təhsil Nazirliynin məlumatında respublika ali təhsil müəssisələrində bakalavr təhsilinin dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə qaldırılmasının nəzərdə tutulduğu qeyd olunub. “Bu istiqamətlərdə atılan əhəmiyyətli addımlardan biri olan "SABAH qrupları" layihəsi bu tədris ilindən reallaşdırılacaq”.


Aysel Kərimova








1 Aprel, 2014  12:12 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner