Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik iş yerlərini yoxlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iş yerlərinin əmək standartlarına uyğunluğunun müayinəsi üçün xüsusi laboratoriyalar yaradılacaq

Simsar.az xəbər verir ki, nazirlik tərəfindən iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün xüsusi laboratoriyaların yaradılması işlərinə başlanılıb. İlkin mərhələdə ƏƏSMN-nin sifarişi əsasında Bakı şəhərində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Laboratoriyasının tikintisinə hazırlıq işləri aparılır. Sonrakı mərhələdə digər bölgələrdə də belə laboratoriyaların yaradılması reallaşdırılacaqdır. Hazırda laboratoriyalar üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar alınaraq gətirilib və onların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınaraq sertifikatlaşdırılması istiqamətində də işlər aparılır.

Laboratoriyalar tərəfindən ilk növbədə istehsal sahələrində əmək şəraitinin ekspertizası, insan sağlamlığına mənfi təsir göstərən zərərli fiziki-kimyəvi-bioloji amillərin, toksiki maddələrin tədqiq olunması təmin ediləcək. Hər hansı iş yerində işçilərin həyat və sağlamlığına mənfi təsir göstərən amillər aşkarlandığı təqdirdə həmin müəssisə ilə bağlı müvafiq inzibati tədbirlər görüləcəkdir.







1 Aprel, 2014  11:31 Baxılıb: 676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner