Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda rəqəmsal xəstəxana yaradılır

Bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir. Xəstəxananın informasiya şöbəsindən Simsar.az-a verilən məlumata görə, hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. 

800 çarpayılı xəstəxanada 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən layihənin həyata keçirilməsinə başlanılııb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib.
“Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası qələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq, Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”, - deyə xəstəxananın baş direktoru xanım Leyla Seyidbəyova bildirib.
L.Seyidbəyova onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”.
OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.
Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var.






1 Aprel, 2014  11:29 Baxılıb: 766 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner