Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yazıçı İsa Hüseynov vəfat etdi

Simsar.az xəbər verir ki, bu barədə İsa Hüseynovun qızı Sevinc Hüseynli məlumat verib. 
Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib.
Ailəsi İsa Hüseynovun nə vaxt dəfn ediləcəyini hələ dəqiqləşdirməyib. Sevinc Hüseynli bildirib ki, yazıçının nəvəsi Azərbaycandan kənarda yaşayır və dəfn üçün onun gəlişini gözləyəcəklər.
İsa Hüseynovun ailəsi onun dəfn yerinin də dövlət qurumları ilə bu gün müzakirə edəcək.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Ana dil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.
2012-ci ildə AYB-nin təsis etdiyi "Nəsimi" mükafatına layiq görülüb.






1 Aprel, 2014  09:04 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner