Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artistinin 90 illik yubileyi keçiriləcək

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Simsar.az xəbər verir ki, tədbirdə bütün ömrünü musiqiyə həsr etmiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundovanın ömür yolu və yaradıcılıq axtarışlarından söz açılacaqdır. Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.
Orkestrin bədii rəhbər və baş dirijor Xalq Artisti, professor Ağaverdi Paşayevdir.
Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazmışdır. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı “Gəlin qayası” operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxmışdır. Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib.

Günel






1 Aprel, 2014  09:12 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner