Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Pərviz Müşərrəfi ölüm cəzası gözləyir

Dövlətə xəyanət etməkdə ittiham olunan Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf ikinci dəfə məhkəmə qarşısına çıxarılıb.

Simsar.az-ın məlumatına görə, günahsız olduğunu iddia edən Müşərrəfin məhkəməsi İslamabadda keçirilib.

Sabiq prezident məhkəmədə xain olmadığını və hakimiyyəti dövründə Pakistanda yüksək iqtisadi inkişafa nail olduğunu bildirib.

Dövlətə xəyanət hökmü onun 2007-ci ildə konstitusiyanı ləğv edərək, ölkədə fövqəladə vəziyyət elan etməsi ilə əlaqəlidir.

Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. 2008-ci ildə istefa verərək ölkəni tərk edən sabiq prezident ötən ilin may ayında seçkilərdə iştirak etmək üçün Pakistana qayıdıb. Lakin seçki prosesinə qatıla bilməyib.

 

Qeyd edək ki, sabiq prezidentin günahı sübut olunsa, ona ölüm cəzası veriləcək.






31 Mart, 2014  23:48 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner