Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda avtobus qəzası - 5 yaralı

Qarlı hava şəraiti Göygöldə 2 yol qəzasının baş verməsinə səbəb olub. Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb. Bakı-Qazax magistralının Göygöldən keçən hissəsində sərnişin avtobusu ilə NİVA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər yaralanıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır hesab edilir. Qəzadan sonra avtobusun digər sərnişinləri saatlarla yolda gözləməli olublar. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub və gedib. İlkin versiyaya görə hadisəyə qarlı hava və sürücünün ehtiyatsızlığı səbəb olub. Göygöldəki daha bir qəzanı isə Daşkəsən sakini törədib. Əli Hüseynov avotomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomaşını qarşı tərəfdən gələn İlqar Yusibovun VAZ markalı avtomobilinə çırpıb. Bu qəzada isə VAZ 21015-də olan şərnişin Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki qəza ilə bağlı araşdırma aparılır.






31 Mart, 2014  20:29 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner